"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ev oyununa bilet satışı davam edir.
“İki sahil” xəbər verir ki, hlubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet (80 faizindən çoxu) satılıb.
Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.
Xatırladaq ki, Respublika Stadionunun tutumu 31 min nəfərdir.