Bu gün avrokuboklarda çıxış edəcək klublarımızın III təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.
“İki sahil” xəbər verir ki, əvvəlcə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.
"Köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) komandası ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi
"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi
"Apollon" (Limassol, Kipr)
2-ci qrup
Səpələnmişlər
"Srvena Zvezda" (Serbiya)
HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi
"Jalgiris" (Litva) - "Malmö" (İsveç) cütünün qalibi
Səpələnməmişlər
"Maribor" (Sloveniya) - "Şerif" (Moldova) cütünün qalibi
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
Liqa yolu
Səpələnmişlər
"Benfika" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
"Monako"
"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
"Şturm" (Qrats, Avstriya)
"Yunion" (Belçika)
Bakı vaxtı ilə saat 15:00-da isə UEFA Avropa Liqasında da III təsnifat mərhələsinin püşkü atılacaq.
"Qarabağ" İsveçrə təmsilçisinə iki oyunun yekununda məğlub olacağı halda, UEFA Avropa Liqasında Çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur.
Yəni, "Qarabağ" / "Sürix" duelində uduzan tərəfə 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan)
Əsas Yol
Səpələnmişlər
"Partizan" (Serbiya)
"Slovaçko" (Çexiya)
Səpələnməmişlır
"Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu
"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə cütünün məğlubu).
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimində isə “Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibləri məlum olacaq.
"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda "ağ-qaralar" “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi ilə oynayacaq.
Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.
“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.