“Mən Kriştianu Ronaldunun sərgilədiyi çıxışı sevirəm. O, fantastik oyunçudur. Lakin hər klubun bir fəlsəfəsi var və əmin deyiləm ki, onun transferi "Bayern" və Bundesliqa üçün faydalı olar. Bu keçid bizim strategiyamıza uyğun gəlmir”.
“İki sahil” xəbər verir ki, bunu sabiq əfsanəvi qolkiper, hazırda "Bayern Münhen"in idman direktoru vəzifəsində çalışan Oliver Kan "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldunun transferi ilə bağlı deyib.