17 iyul 2022 20:44
700

“Neftçi” Muradbəyli ilə müqaviləni ləğv etdi

“Neftçi” PFK yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

futbolçuya təşəkkür edən klub rəhbərliyi onun gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.