Azərbaycan cüdoçusu Zaqreb Qran-Pri turnirinin bürünc medalını qazanıb.
"İki sahil" xəbər verir ki, təmsilçimiz Uşanqi Kokauri (+100 kq) həlledici mərhələdə gürcüstanlı rəqibi Gela Zaalişvilini məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.
***
Bu gün cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir.
"İki sahil" xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yarışın üçüncü günündə mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi Gela Zaalişvili olacaq.
Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.