“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun vətəni Paraqvayda olan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.