17 iyul 2022 03:14
814

Qnabri “Bavariya”da qaldı

Münhenin “Bavariya” klubu alman hücumçu Serj Qnabri ilə müqavilənin müddətini 2026-cı ilin yayına qədər artırıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat “Bavariya” klubunun rəsmi tviter səhifəsində dərc olunub.

“Burada olmaqdan inanılmaz dərəcədə şadam. Komanda ilə yeni mövsümü həqiqətən səbirsizliklə gözləyirəm və həqiqətən xoşbəxtəm”, - deyə, müqaviləyə imza atan 27 yaşlı futbolçu açıqlamasında bildirib.