16 iyul 2022 22:10
924

Damian Daniçiç "Sumqayıt"da

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" Serbiya U-21 millisinin üzvü Damian Daniçiçi “Dinamo” Zaqreb klubundan transfer edib. 22 yaşlı cinah müdafiəçisi mövqeyində çıxış edən Damianla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib