16 iyul 2022 16:29
887

Asim Əlizadə "Neftçi"yə qayıdıb

Latviyanın “Dauqavpils” klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb.

"İki sahil" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.

Qeyd edək ki, Asim Əlizadə əsasən "ağ-qaralar"ın əvəzedici komandasında çıxış edib. Yarımmüdafiəçi martın 3-də Latviya təmsilçisinə icarəyə verilib.