15 iyul 2022 23:24
841

PSJ-nin sahibləri "Espanyol"u almaq üçün təklif göndərdilər

Liqa 1-də hakimiyyət quran PSJ-nin sahibləri eyni uğurları La Liqada da təkrarlamaq istəyirlər. 

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Paris təmsilçisinin sahibi "Qatar Sports İnvestment" şirkəti "Espanyol"u almağı planlaşdırır. Onlar artıq La Liqa klubunu satışa çıxaran "Rastar Group"a təklif də göndəriblər. 

Qeyd edək ki, "Qatar Sports İnvestment" PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi tərəfindən idarə olunur.