16 iyul 2022 00:10
808

"Şaxtyor" ÇL-in ev oyunlarını Polşada keçirəcək

Ukrayna "Şaxtyor"u (Donetsk) Rusiya ilə müharibə səbəbindən Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Polşanın paytaxtı Varşavada keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Görüşlərin "Legiya"nın stadionunda oynanılacağı açıqlanıb. "Şaxtyor"un baş direktoru Sergey Palkin isə məsələyə belə münasibət bildirib:

"Çox təəssüf ki, “Şaxtyor” Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Varşavada keçirməyi qərara alınıb. “Legiya” rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, klub bizə bu şəraiti yaratdı. Həqiqətən də “Şaxtyor” və “Legiya” azarkeşlərinin, hazırda Varşavada və digər şəhərlərdə yaşayan polşalıların və ukraynalıların bizə dəstək olacağına ümid edirik. İnanırıq ki, “Legiya”nın təşkil etdiyi əla şərait və azarkeşlərin stadionda yaradacağı inanılmaz ab-hava “Şaxtyor”un Çempionlar Liqasının bu mövsümündə uğurla çıxış etməsinə kömək edəcək”.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir.