"Barselona" Rafael Markesin ikinci komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 43 yaşlı meksikalı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Ötən mövsüm Sergi Barjuanın rəhbərliyi altında "Barselona B" 3-cü divizionda 8-ci yeri tutmuşdu.
Qeyd edək ki, Markes futbolçu karyerası ərzində 2003-2010-cu illərdə Kataloniya təmsilçisində oynayıb.