15 iyul 2022 11:25
822

Ronaldo üçün iddialıdırlar

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo karyerasını "Atletiko"da davam etdirə bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Madrid təmsilçisi 37 yaşlı hücumunu almaqda iddialıdır. 

"Bavariya" və "Çelsi" isə Ronaldonun transferi üçün mübarizədən geri çəkilib.  

Qeyd edək ki, Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.