"Real" bu yay yeni futbolçu transfer etməyəcək.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti danışıb. 63 yaşlı mütəxəssis deyib: “Klubun ətrafındakı transfer şayiələri barədə danışmaq istəmirəm. Amma sizə xəbər verirəm ki, bu yay biz kimisə transfer etmək fikrində deyilik. "Real" kifayət qədər işçi heyətinə malikdir".
Qeyd edək ki, "Real" bu yay Aurelien Tçaumenini və Antonio Rüdigeri transfer edib.