“Yuventus” “Cenoa”nın müdafiəçisi Andrea Kambyasonu transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı xəbər yayıb.
22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün "Cenoa"ya 8,5 milyon avro ödənilib.
Qeyd edək ki, Andrea ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol, 4 assistlə yadda qalıb.