14 iyul 2022 23:54
949

Rafinya rəsmən "Barselona"da

"Lids"İn yarımmüdafiəçisi Rafinyanın "Barselona"ya keçidi rəsmiləşib.

"İki sahil" Kataloniya klubunun saytına istinadən xəbər verir ki, braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib. 

Qeyd edək ki, 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.