Ukraynanın "Şaxtyor" (Donetsk) klubu yeni baş məşqçisini açıqlayıb.
"İki sahil" Donetsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı xorvatiyalı İqor Yoviçeviç çalışdıracaq.
49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Yoviçeviç bu vəzifədə Roberto De Zerbini əvəzləyib.
Qeyd edək ki, İqor Yoviçeviç Zaqreb "Dinamo"su və "Karpat"ı da çalışdırıb.