14 iyul 2022 12:49
833

Ərəb şeyxi Ronaldoya fantastik məbləğ təklif etdi

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanından 300 milyon avroluq təklif alıb.

“İki sahil” xəbər verir ki, hələlik adı açıqlanmayan klub Ronaldoya 300 milyon avro məvacib və iki illik müqavilə təklif edib.

Futbolçunun agenti Portuqaliya mətbuatında yayılan bu xəbəri hələ ki şərh etməyib.

Qeyd edək ki, təcrübəli forvardın “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.