"İnter"dən ayrılan Arturo Vidalın yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, çilili yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. O, "Flamenqo" ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu "Flamenqo"ya pulsuz başa gəlib.
Qeyd edək ki, təcrübəli oyunçu "Bavariya", "Barselona", "Yuventus" kimi klublarda da çıxış edib.