Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Qaziantep" klubu ilə üz-üzə gələcək.
Superliqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "Neftçi" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.