14 iyul 2022 10:55
753

AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq

Sabah AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi;

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

3. “Sabah” klubunun əvəzedici komandasının 2022/23 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması;

4. Digər məsələlər.