09 iyul 2022 03:05
729

Pepe Reyna keçmiş klubuna qayıtdı

İspaniya millisinin sabiq üzvü Pepe Reyna “Vilyarreal”la müqavilə imzalayıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı qapıçı ilə müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2002-2005-ci illərdə bu komandada çıxış edib.

Qeyd edək ki, Reyna 2020-ci ildən “Latsio”da çıxış edirdi. O, "Liverpul", "Napoli", "Bavariya" və "Milan"da da çıxış edib.