09 iyul 2022 02:25
1143

"Çelsi" onunla müqavilə imzalamağa hazırlaşır

"Çelsi" "Mançester Siti"nin futbolçusu Natan Akeni transfer etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. London təmsilçisi artıq "şəhərlilər"lə danışıqlarda irəliləyiş əldə edib. "Zadəganlar"ın yaxında 27 yaşlı müdafiəçi ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm Premyer Liqada 14 oyunda 2 qol vurub.