09 iyul 2022 00:34
861

"Tottenhem"dən "Ayaks"a

"Tottenhem" futbolçusu Stiven Breqveynlə yollarını ayırıb. 

“İki sahil” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Ayaks"da davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Niderlad təmsilçisi oyunçu ilə 5 illik müqavilə imzalayıb."Tottenhem" bu keçidə görə 31,25 milyon avro qazanıb. 

Qeyd edək ki, Breqveyn geridə qalan mövsüm 25 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.