"Bavariya" "Atletiko"nun futbolçusu Alvaro Moratanı heyətinə qatmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Bayern&Almaniya" məlumat yayıb. Bir neçə həftə əvvəl 29 yaşlı hücumçu Münhen klubuna təklif olunub. Lakin Bundesliqa təmsilçisi ispaniyalı oyunçu ilə danışıqlar aparmaq belə istəməyib.
Daha əvvəl məlum olmuşdu ki, Morata son iki ildə icarə əsasında çıxış etdiyi "Yuventus"a birdəfəlik qayıtmaq istəyir .