08 iyul 2022 11:21
764

"Beşiktaş" yeni hücumçu aldı

"Beşiktaş" heyətinə yeni futbolçu qatıb. 

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Standard"dan (Belçika) Cekson Mulekanı transfer edib. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cekson ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.