07 iyul 2022 23:21
895

Ronaldu məşqlərə çıxmır

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “qırmızı şeytanlar”ın növbəti məşqində də görünməyib.

 

“İki sahil” xəbər verir ki, o, İngiltərə klubunun mövsümöncəsi ardıcıl dördüncü məşqini buraxıb.

Xatırladaq ki, Ronaldu ötən mövsümün sonunda milli komandaların oyunlarında iştirak edən digər futbolçularla birlikdə bazar ertəsi, iyulun 4-də məşqlərə qayıtmalı idi.

İyulun 8-də mankunianlar Tayland və Avstraliya turnesinə çıxacaqlar.