07 iyul 2022 18:40
754

Ronaldo artıq 4 gündür ki...

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yenə komandanın məşq prosesinə qatılmayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. 37 yaşlı hücumçu ardıcıl 4-cü dəfə Premyer Liqa təmsilçisinin toplanışını buraxıb. 

O, iyulun 4-də məşqlərə qatılmalı idi. Kub portuqaliyaalı oyunçunun bu hərəkətini onun ailə vəziyyəti ilə əlaqələndirib. Lakin xarici mediada Ronaldonun klubdan ayrılmaq istədiyi üçün belə bir addım atdığı bildirilib. O, daha iddialı və kuboklar qazanan komandaya keçmək niyyətindədir.

Qeyd  edək ki, Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də oynayır.