"Arsenal"ın sabiq futbolçusu, məşhur yarımmüdafiəçi Cek Uilşir klubsuz qalıb.
“İki sahil” xəbər verir ki, o, son komandası Danimarka "Orxus"undan ayrılıb. İngilis oyunçunun başa çatan müqaviləsi yenilənməyib.
Bildirilir ki, 30 yaşlı futbolçu karyerasını bitirərək məşqçilik etməyi planlaşdırır.
Qeyd edək ki, Uilşir fevral ayından "Orxus"da oynayırdı. O, 2008-2018-ci illərdə "Arsenal"da çıxış edib.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb