07 iyul 2022 11:52
750

Portuqaliya millisinin futbolçusu “Qalatasaray” üçün İstanbula gəlir

Futbol üzrə Portuqaliya millisinin futbolçusu Serxio Oliveyra İstanbulun “Qalatasaray” klubuna transfer olmağa yaxındır. 

“İki sahil” xəbər verir ki, onun yaxın vaxtlarda İstanbula gələrək klubla müqavilə imzalaması gözlənilir.

Yarımmüdafiənin mərkəzində çıxış edən Oliveyra ötən mövsümü İtaliyanın “Roma” klubunda keçirib.

Qeyd edək ki, Serxio Oliveyra Portuqaliyanın “Portu” klubunun yetirməsidir.