06 iyul 2022 20:59
781

"Liverpul"un yeni transferi ən yaxşı seçildi

Portuqaliya çempionatında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

“İki sahil” xəbər verir ki, bu, ötən mövsüm "Benfika"da çıxış edən Darvin Nunyesdir.

Uruqvaylı hücumçu çempionatda 28 oyunda 26 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Nunyes ötən ay "Liverpul"a keçib.