06 iyul 2022 14:18
763

"Barselona"nın rəqibi müəyyənləşdi

"Barselona"nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamper kuboku matçı üçün rəqibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Barselona" görüşdə Meksika "Pumas"ı ilə qarşılaşacaq. Oyun avqustun 7-də "Kamp Nou"da keçiriləcək.

"Barselona"dan verilən açıqlamada "Roma"nın imtinasından sonra klubun Joan Qamper kubokunda iştirak etmək üçün komanda tapmaqda problemlər yaşadığı qeyd olunub. 

Daha əvvəl "Roma" yarışda iştirak etmək istəsə də, sonradan fikrindən daşınıb. Bunun ardından "Milan"ın "Barselona"ya rəqib ola biləcəyi barədə də məlumatlar yayılmışdı.