Xəzər dənizi Avropa və Asiyada, beş ölkə – Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan sahilində yerləşir. Həm dənizdə, həm də sahillərdə yerləşən yataqlarda böyük həcmdə neft və təbii qaz ehtiyatları var. Sovet İttifaqının dağılmasından sonra, dəniz sərhədlərinin demarkasiyasında yaranan mübahisələr üzündən suda yerləşən yataqların böyük hissəsi hasil olunmayıb.
Beş ölkə arasında neftlə zəngin dənizin dibinin bölünməsi məsələsi növbəti müzakirələrə qaldı. Ancaq indi imza sahibləri ən azı dinc əməkdaşlığa öhdəlik götürüblər.
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq
Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Ölkələr arasında qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb edir və bu özündə önəmli meyarları əks etdirir. Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bu regionda yaşayan xalqların rifahının yüksəldilməsinə yönəldilmiş bir çox böyük layihələrin əsas tərkib hissəsi olaraq qalır.
Beləliklə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin daha da yaxşılaşdırılması əməkdaşlığın əsas istiqamətlərindəndir.
Vüsal Hüseynov,
YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir