05 iyul 2022 16:44
575

Azərbaycan hər zaman regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirib

Qoşulmama Hərəkatı özlərinin heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında  dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməklə onun üzvləri arasında əməkdaşlıq üçün forum rolunu oynamaqdır.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşularaq fəaliyyətinin ilk günlərindən həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə öz töhvəsini verməyə çalışmışdır. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin əsas səbəbi budur.  Azərbaycan hər zaman regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirmişdir. Qoşulmama Hərəkatının üzvü olaraq şahidi olduğumuz  həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi.  Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz öz torpağımızda savaşaraq, Brundunq prinsiplərinə əməl edərək ədaləti, beynəlxalq hüququ bərpa etdik.  Lakin bəzi ölkələr əfsuslar olsun ki, bizə qarşı xoşagəlməz böhtanlar, şantajlar etməyə başlasalar da Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı, Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin bizə qarşı olan hücumuna mane oldular.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiaf etməyə məcbur oldu. Ali baş komandan cənab prezident İlham Əliyevin və müzəffər ordumuzun sayəsində 30 il həsrətində olduğumuz doğma torpaqlarımıza qovuşmağımız üçün 44 gün kifayət etdi.

Hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Buna görə də cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli və vahid mövqedən çıxış etməliyik. Çünki sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanmasında Qoşulmama Hərəkatının təməl ideyalarının və rolunun davamlı əhəmiyyəti vardır.

Prezident İlham Əliyev iştirak etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Azərbaycan tərəfinin təşkilatın inkişafına töhfəsi olaraq qeyd  etmişdir ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, eyni zamanda beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma ola bilər. Azərbaycan Respublikası olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm  ki, həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.

Aygün Əliyeva,
”Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun kadr işləri üzrə mühəndisi