05 iyul 2022 19:00
683

Azərbaycan beynəlxalq aləmdə sülhün və sabitliyin təmin edilməsində layiqli töhfələr verir

İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərinda  Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Türkmənistan, İran, Rusiya Federsiyası, Qazaxstan və Azərbaycanın dövlət rəhbərlərinin iştirakı ilə keçirilən bu mötəbər beynəlxalq  tədbirdə Möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxunmuşdur.

Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident cənab  İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri sürən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərmişdi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olundu.

Prezident cəna İlham Əliyev bildirdi ki, Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanı əlamətdar tarixi hadisə adlandıran dövlət başçımız çoxillik birgə fəaliyyət və qarşılıqlı anlaşma nəticəsində imzalanmış bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində inam və etimadı əks etdirən mühüm addım kimi dəyərləndirir.

Sahilyanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur. Xəzər dənizi ətraf ölkələrin nəqliyyat infrastrukturunun genişlənməsi, xidmətlərin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən-ilə artır.

Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini qeyd edərək onun gələcəkdə Xəzəryanı dövlətlərin öz aralarında əməkdaşlıq  əlaqələrinin güclənləsində mühüm rol oynayacağını vurğulamışdır.

Xəzəryanı dövlətlərin növbəti görüşü və qəbul olunan qərarlar yaxın perespektivdə Zəngəzur dəhlizinin artıq reallığa çevriləcəyini deməyə əsas verir. Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə ölkəmizə deyil , bütövlükdə regionun inkişafına böyük fayda verəcəkdir . Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostroteji proyektin reallaşmasında maraqlıdır. Xəzər dənizinin isə bu əməkdaşlıqda müstəsna rola malikdir.

Azərbaycan beynəlxalq aləmdə  göstərdiyi  mövqe və reallaşan layihələr həm regionda, həm də beynəlxalq aləmdə həyata keçirilən əməkdaşlığın inkişafına təkan verəcəkdir.

Əli Paşayev,

YAP Tərtər rayon təşkilatının əməkdaşı