7 sentyabr 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində 9 ölkənin dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçiriməsi ilə Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat logistika mərkəzlərindən birinə çevirilməsinin əsası qoyuldu.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin apardığı çoxşaxəli uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf etməkdədir,dövlətimiz inkişaf etdikcə, nüfuzu artır, dünyaya inteqrasiyası ,beynəlxalq əlaqələri genişlənir, region və dünyamiqyaslı yeni- yeni nəqliyyat marşurtları layihələrinin həyata keçirilməsi ehtiyacı yaranır. Çox sevindiricidir ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
Artıq Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Bu dəhlizin Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaradan Bakı-Tbilisi-Qars layihəsi iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra region üçün yeni reallıqlar yaranıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan hökuməti azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.Avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir,bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin tərkib hissəsidir. Bu gün Azərbaycan regionda lider dövlət olmaqla yanaşı, beynəlxalq nəqliyyat şəbəkəsinin inkişafında da rolu sürətlə artmaqdadır.
29 iyun 2022-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxsus yer tutduğunu bildirərək demişdir: "Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq" Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə olunur. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. Bu gün ölkəmizin bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi bizə təbiətin bəxş etdiyi xoşbəxtlikdirsə, bu imkanlardan xalqın maraqları, dövlətin mənafeyi baxımından istifadə edilməsi də insan zəkasının, lider məharətinin təzahürüdür. Bəli bu gün müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada çox böyük uğurlara imza atır və adını tarixin şanlı səhifəsinə inamla yazır.
İlahə Cəfərova,
Füzuli rayon Heydər Əliyev Mərkəzinin bələdçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir