05 iyul 2022 16:52
673

Xəzər dənizi böyük strateji əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI zirvə toplantısında  iştirak edib. Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amildir. Nəqliyyat infrastrukturunun inkişafı,nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Xəzər dənizi regionun inkişaf etmiş infrastruktura malik nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır. Azərbaycan Avrasiyanın mühüm Nəqliyyat logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal -Cənub beynəlxalq Nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Transxəzər beynəlxalq Nəqliyyat marşrutunun səmərəli istifadəsinə Xəzəryanı Dövlətlərin Nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və Nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.  Şərq-Qərb və Şimali-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yeni Ələt Beynəlxalq Dəniz Ticarət limanından gələn tranzit yüklərin həcmi artır. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən  Beynəlxalq Nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilib. Əminik ki, görülən bütün bu işlər, qurulan əməkdaşlıqlar ölkəmizin gələcək inkişafında vacib faktora çevriləcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da inkişaf edəcək, qazandığımız yeni-yeni diplomatik uğurlar xalqımızın rifahına və xoşbəxtliyinə xidmət edəcəkdir.

Xatirə Məmmədli,

Füzuli Tarix-diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi