05 iyul 2022 15:54
984

Zəngəzur dəhlizi reallığa çevrilir

29 iyun 2022-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının 6-cı zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlətlərin başçılarının qarşılaması ilə başlamışdır. Zirvə toplantısını açan Türkmənistanın prezidenti çıxışının ardınca, sözü ölkəmizin Prezidenti cənab  İlham Əliyevə vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Xəzəryanı dövlətinlərin əməkdaşlığından qarşılıqlı fəaliyyətlərinin önəmli meyarlarından, Xəzər dənizinin strateji əhəmiyyətindən, beynəlxalq nəqliyyat qovşağı rolunu oynamasından,  Azərbaycan  Respublikasının Avrasiyanın mühüm nəqliyyat və logistika, eyni zamanda  Şimal-Cənub və Şərq-Qərb nəqliyyat yollarının əhəmiyyətindənbəhs etmiş, Azərbaycanda  ətraf mühitin bu günkü vəziyyəti ilə əlaqədar məsələlərə toxunaraq geniş nitq söyləmişdir.

Ən önəmli məsələlərdən biri də, Zəngəzur Dəhlizinin əhəmiyyəti haqqında məlumat vermişdir. Azərbaycanda Vətən müharibəsində qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, azad olunmuş torpaqlarda infrastruktur və yaşayış məskənlərinin bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlanılmışdır.Torpaqlarımız işğaldan azad edildikdən sonra bizim rayonun ərazisində reallaşdırılan ən mühüm layihələrdən biri də Horadiz-Ağbənd dəmir yolu layihəsidir. Hazırda layihənin icrası uğurla davam etməkdədir. Xüsusi strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Bir füzulili kimi çox sevinirəm ki,  işğaldan azad edilmiş digər ərazilər kimi bizim rayonumuzun ərazisində də bərpa quruculuq işəri sürətlə davam edir. Füzuli Beynəlxalq Hava Limanını artıq istifadəyə verilib. Bu irimiqyaslı layihə Füzuli şəhərində səkkiz aydan az müddətdə inşa edilib. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. O cümlədən Füzuli şəhərinin baş planı təsdiqlənib, rayonun ziyalıları və ictimaiyyət nümayəndələri bu planla tanış olublar. Füzuli- Şuşa, Füzuli- Hadrud, Füzuli-Zəngilan avtomobil yollarının və Horadiz-Ağbənd dəmir yolunun çəkilişi  uğurla icra olunur. Zəfər yolu artıq öz sərnişinlərinin istifadəsindədir. Rayonumuza turların təşkili hər birimizin illərlə gözlədiyimiz zamanın yetişdiyini göstərir və bizi çox sevindirir. Füzuli yarımstansiyası rayonumuzun, eləcə də işğaldan azad edilmiş digər ərazilərin enerji təminatında mühüm əhəmiyyətə malikdir. Rayonumuzun ərazisində Prezident İlham Əliyev tərəfindən mühüm obyektlərin  təməlqoymaları həyata keçirilib. Əminik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək və qəti əminik ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Şahin Cəfərov,

Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru