Soyuq müharibə dövründə təsis edilən Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən vacib mexanizmlərdən birinə çevrilmişdir. Bu prinsipdə əsas məqsəd beynəlxalq hüquqa hörmət edərək, sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi bir mərhələdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir. Belə ki, Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyası çərçivəsində qəbul olunan qərarların qəbuluna əhəmiyyətli dərəcədə təsir edir.
Hazırda Hərəkat 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur. Qoşulmama Hərəkatı BMT Mənzil Qərargahında yerləşən əlaqələndirici büro vasitəsilə üzv dövlətlərin nümayəndəsi tərəfindən idarə olunur. Öz siyasətində heç bir hərbi əməliyyata qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Həmin ildən ölkəmizin ərazi bütövlüyü üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz daim dəstəklənib. Hərəkata üzv olduğumuz qısa müddət ərzində, Cənab prezident İlham Əliyevin siyasi səyi nəticəsində Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlılığı daha da artmış və sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün həllinə davamlı dəstək əks olunmuşdur. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq bir dövlətdir. Məhz bunun sübutudur ki, Qoşulmama Hərəkatı tərəfindən ölkəmizin nüfuzu üzv dövlətlər tərəfindən dəstəklənir. Belə ki, 2019- cu il oktyabrda ölkəmizdə Qoşulmama Hərəkatının üzvlərinin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü keçirilib. Bundan başqa Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantısının rəsmi açılış hissəsinə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sədirlik etmişdir. İlham Əliyevin çıxışı üzv dövlətlər tərəfindən maraqla dinlənilib. İlham Əliyevin çıxışında həm pandemiya dövründə həm də pandemiyadan sonra da Qoşulmama Hərəkatı mövqeyinin formalaşdırılması məqsədilə görüşlər keçirmişdir.
Hadisələr göstərdi ki, 10 il əvvəl Azərbaycan dünyanın ən böyük təşkilatlarından birinə üzv edilməklə illər sonra qələbənin əsasını qoydu. Cənab prezident həmişə öz çıxışında bildirib ki, Ermənistanın işğalçılıq siyasəti Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə ziddir. Ancaq buna baxmayaraq təəssüflər olsun ki, 30 il Ermənistan tərəfindən Azərbaycanın 20% torpaqları işğal altında saxlanıldı.
Yalnız öz gücümüz sayəsində - dövlətimizin gücü, ordumuzun qüdrəti ilə torpaqlarımızı işğaldan azad etmək mümkün oldu. 44 günlük Vətən müharibəsində xalq-ordu-rəhbər birliyi Dəmir yumruğa çevrildi və düşmənin başını əzərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Qazandığımız bu haqq Zəfərində və bu haqq savaşında Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycan dövlətini dəstəkləməsini dövlətimiz və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. 2019-cu ildən Qoşulmama Hərəkatına sədirlik edən Azərbaycan Respublikası bu hərəkatın prinsiplərinə sadiqdir. Əminik ki, hər zaman ədalətin tərəfdarı olan, sülhə, əməkdaşlığa çağırışlar edən dövlətimiz gələcəkdə də mühüm beynəlxalq uğurlara imza atacaqdır.
Hümbətova Nailə,
Üçbulaq kənd tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir