05 iyul 2022 11:13
997

Azərbaycanın böyük uğurlardan biri də Qoşulmama Hərəkatı ilə bağlıdır

Qoşulmama Hərəkatı 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən, Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra dünya dövlətlərinin ən böyük təşkilatı olan və beynəxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan bir platformadır. Üzv ölkələrin tərəfsiz və heç bir bloka daxil olmadığı bu Təşkilatın prinsipləri BMT nizamnamələrinə uyğun olaraq 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında hazırlanmışdır. Qoşulmama Hərəkatının başlıca məqsədi inkişaf etməkdə olan ölkələrin birliyini və həmrəyliyini təmin etmək, dünyada sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatiya tarixində qazanılmış böyük uğurlardan biri də Qoşulmama Hərəkatı ilə bağlıdır. Azərbaycan Hərəkata 2011-ci ildə Balidə keçirilmiş Nazirlər Konfransında üzv olmuşdur. Dövlətimiz Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasətlə, beynəlxalq təşkilatların prinsiplərini layiqincə yerinə yetirməklə müstəqilliyini və suverenliyini qoruyub saxlamış və dünyada sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn tərəfdarı olmuşdur.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Qoşulmama Hərəkatı üzv dövlətləri tərəfindən tanınmış və dəstəklənmişdir.

Qoşulamama Hərəkatının prinsiplərinə diqqət etməsi, yeritdiyi uğurlu xarici siyasət, heç bir hərbi təşkilata qoşulmaması ölkəmizə Qoşulamama Hərəkatına üzv dövlətlər arasında böyük nüfuz və etimad qazandırmış, 2016-cı ildə üzv ölkələrin XVII Zirvə Görüşündə yekdil qərarı ilə 2019-2022-ci illər üçün Hərəkata sədri seçilmişdir. Daha sonra 120 ölkənin yekdil dəstəyi ilə 2023-cü ilin sonuna kimi Azərbaycanın təşkilata sədrliyi uzadılmışdır. 2019-cu il 25-26 oktaybr tarixlərində Bakıda keçirilən XVIII Zirvə Görüşündə "Bandunq prinsipləri" əsas götürülmüş və Prezident İlham Əliyev çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan sədrliyinin prioritetlərini və faəliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir.

Eyni zamanda Prezident 2021-ci ildə keçirilən Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin konfransında qeyd etmişdir: "Bandunq prinsipi Azərbaycanın xarici siyasətinin prioritetlərinə tam uyğundur. Bu prinsiplərə əməl olunarsa, dünyada ədalətsizlik və müharibə olmaz".  

30 iyun 2022-ci il tarixində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirilmişdir. Konfransda "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə" qəbul edilmişdir. Konfransda Prezident İlham
Əliyev çıxış edərək, Parlament dipolmatiyasının mühüm rolundan, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Gənclər Şəbəkəsi, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək ofisinin yaradılması kimi təşəbbüslərdən danışaraq, onların əhəmiyyətini xüsusi qeyd etmişdir. Qoşulmama Hərəkatına sədrliyin 2023-cü ilə qədər uzadılmasını Azərbaycanın fəaliyyətinə dəstək və onun düzgün qiymətləndirilməsi kimi qəbul edildiyini vurğulamışdır.

Daha sonra pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına dəstəyindən, ölkəmizin pandemiyaya qarşı mübarizəsi, dünya ölkələrinə humanitar və maddi yardımlar və  bu yardımların yarısının Qoşulmama Hərəkatına üzv dövlətlərə ayrıldığını, bütün bunların dövlətimizin Qoşulmama Hərəkatına sədrliyini layiqincə yerinə yetirdiyinin göstəricisi olduğunu vurğulamışdır. Eyni zamanda Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasından, suverenliyimizə, beynəlxalq hüquqa zidd olan 30 illik bir işğal dövründən, 44 günlük Vətən müharibəsindən və müharibə dövründə Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana dəstəyindən də danışmışdır.

Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatı prinsiplərini əməl olunması, dünyada sülhün təmin olunması, dövlətlərin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması, Qoşulmama Hərəkatına sədrliyinin layiqincə yerinə yetirilməsi üçün uğurlu siyasətini davam etdirəcək və dünyada öz nüfuzunu qoruyub saxlayacaq.

Sədrəddin İmanov,

"Azəristilik" ASC-nin 20 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi,

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədr müavini