Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı 120-dən çox üzvü və 10-dan çox müşahidəçi dövlət və beynəlxalq təşkilatı ilə beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən əsas təşkilatlardan biridir. Vətən müharibəsindən uğurla çıxan, beynəlxalq arenada siyasət və hərb sahəsində müdrikliyini dəfələrlə sübut edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda Qoşulmama Hərəkatının sədrliyi vəzifəsini uğurla icra edir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan cari ilin 30 iyun tarixində 3 günlük Bakı konfransı keçirilmiş, nəticədə “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” kimi vacib əhəmiyyət kəsb edən rəsmi sənədlər, eləcə də təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunmuş, qurumun sədri və sədr müavinləri seçilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı ilə Azərbaycanın güclü və sıx əlaqələrindən, təşkilatın beynəlxalq arenada əhəmiyyətindən söz açmış, yaradılması nəzərdə tutulmuş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin verəcəyi töhfələri vurğulamışdır.
Daim gənclərin yanında olan və gənclər siyasətinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu istiqamətdə gələcək ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəyini bildirdi, eləcə də Nyu-Yorkda Hərəkatın Dəstək Ofisinin yaradılması kimi mühim əhəmiyyət kəsb edən praktiki addımı da öz həmkarları ilə bölüşüb.
Azərbaycanın torpaqlarını erməni işğalından azad etdiyi dövrdə heç şüphəsiz ki, Qoşulmama Hərəkatı Azərbaycanın haqq savaşında həmrəylik göstərmiş və onu bu haqlı mübarizədə dəstəkləmişdir. Məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycana qarşı göstərilən həmrəyliyə görə minnətdarlığını da bildirmişdir.
Qoşulmama Hərəkatı beynəlxalq arenada sülhün və sabitliyin bərqərar olmasını istəyən və bu amal uğrunda çalışan bir təşkilat kimi hazırda daha güclənir və inkişaf edir. Bu inkişafda onun üzvləri arasındakı sıx və düzgün qurulmuş beynəlxalq əlaqələr danılmazdır.
Günel Kərimova,
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbinin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir