Prezident İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Biz xususən də burada dayanıqlı münasibətləri təmin edən amilləri qeyd etməliyik. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanması üçün əsasdır. Bu toplantıda qəbul olunan qərarlar, imzalanmış sazişlər,qeyd edilən bütün problemlərin həlli, həm də Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üçün imkanlar yaradacaqdır. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir. Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını da bəyan etmişdiir.
Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısı bu ölkələr arasında əməkdaşlığın inkişafına və Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində görülən işlər öz töhfəsini tapacaq. Azərbaycanın inkişafı üçün atılan hər bir addım bizi qürurlandırır və daha yaxşı gələcəyə ümidlər yaradır.
Bahadur Şahverdiyev,
SOCAR 2 saylı TND-nin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir