Qoşulmama Hərəkatı ən qüdrətli dövrünü məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətdə Azərbaycanın adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişdir. Zirvə Toplantısının nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Eyni zamanda Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığından danışaraq, bir sıra təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-nin yüksək səviyyəli görüşünün təşkil edilməsi, QH-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, QH-nin təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, QH-nin gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanıb.
Bu gün beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Təqdirəlayiq haldır ki, QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, “peyvənd millətçiliyinə” qarşı çıxması, üzv dövlətlər üçün aktual mövzularının həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir.
Kamil Məmmədov,
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir