Bu il də Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur.Bu qələbəni təmin etmək üçün isə ölkəmizdə və beynəlxalq müstəvidə uzun illərdir ki, böyük hazırlıq işləri görülürdü. Cənubi Qafqaz tarixən həssas bölgə hesab edilib. Bu regionda tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmək üçün beynəlxalq dəstək çox vacibdir. Son illər ərzində aparıcı beynəlxalq təşkilatların bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də qələbəni təmin edən uğurlar sırasında idi.Ordu quruculuğunda iqtisadi potensial əsas amillərdən sayılır. İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Xüsusən, son illər Azərbaycanın xarici borcu limitini tənzimlənməsi iqtisadi müstəqillik baxımdan vacib idi. Azərbaycan iqtisadi cəhətdən artıq inkişaf etmiş ölkələr sırasındadır. Uğurlu sosial- iqtisadi və siyasi nailiyyətlər, milli və dünyəvi dəyərlər sayəsində gələcəkdə Azərbaycanın beynəlxalq nüfuzunun artacağı şübhəsizdir. Bir sözlə, qürurla deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində inkişafımız daha da sürətlənməkdədir. İnkişaf yolunda irəliləyişin digər səbəbi isə xalqın dövlət başçısına olan inam və etimadıdır. Məhz bu birlik, bu inam Vətən müharibəsi zamanı qazanılan qələbəyə öz töhfələrini verdi. Qalib dövlət, qalib xalq bundan sonra da Prezidentinin rəhbərliyi ilə möhtəşəm iqtisadi, siyasi uğurlar qazanmağa davam edəcəkdir.
Dövlətimizin inkişafı bütün regionun inkişafında öz müstəsna rolunu göstərəcək və bu inkişafa zəmin yaradacaqdır. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Torpaqları 30 ilə yaxın işğal altında qalmasına, müharibə şəraitində yaşamasına baxmayaraq, başqalarına nümunə göstərilən belə uğurlara imza atan, qitələri birləşdirən enerji, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, qlobal əhəmiyyətli təşəbbüsləri ilə dünyanın iqtisadi bazarında mövqeyini möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur. Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir.Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq və abadlıq işlərinin istiqaməti, məqsədi artıq bəllidir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfər hərbi qüdrətimizi təsdiqləməklə görüləcək işlərin prioritetlərini də müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.
Sevil Qurbanova,
241 saylı məktəbin müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir