Beynəlxalq təşkilatların hər birinin nüfuzu, geosiyasi gedişata təsir imkanları var. Bu nüfuzun ölçü meyarı həmin təşkilata üzv olan ölkələrin sayı, həmin ölkələrin beynəlxalq münasibətlər sistemindəki yeridir. Bu baxımdan dünyada BMT-dən sonra ən böyük siyasi təsir imkanları olan təşkilat kimi Qoşulmama Hərəkatının hazırki dünyada böyük əhəmiyyəti var. Bu hərəkatın daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna çox ciddi təsir edir.
Nəzərə alsaq ki, Azərbaycan bundan əvvəlki periodda hərəkata sədrlik edən dövlət olmuşdur, o zaman təşkilatın bizim üçün əhəmiyyəti ikiqat artır.
Deməliyik ki, bu period dünya miqyasında böyük çətinliklərin hökm sürdüyü dövr idi. Pandemiya şəraiti, qlobal güclər arasında gizli və ya aşkar çəkişmələr, lokal çərçivəli hərəkatlar və s. Azərbaycan üçün əsas olan isə hərəkatın prinsiplərinə sadiqlik göstəricisi kimi bütün məsələlərdə ədalətli və balanslı mövqey sərgiləmək idi. İlk sədrlik müddətində Azərbaycan hərəkat daxilində qəbul olunmuş bütün qərararda beynəlxalq hüququn norma və prinsiplərini üstün tutdu. Ən çətin məqamlarda prinsipial addımlar atdı, bir çox problemlər zamanı humanist mövqey sərgilədi.
Modern siyasi ədəbiyyatda "peyvənd milliyətçiliyi" adlanan dünya çaplı problemdə həlledici rolumuz, bu problemi aradan qaldırmaq üçün ölkə başçısının etdiyi cəhdlərin uğurlu olması, Cənab Prezidentin çağırışlarının böyük dövlətlər tərəfindən dəstəklənməsi həm QH daxilində, həm də bütün dünyada nüfuzumuzu daha da artırdı.
Bütün bunların nəticəsi idi ki, bu ilin 30 iyununda Azərbaycanın sədrlik müddətinin uzadılması hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi. Çünki, üzv dövlətlər ölkəmizin prosseslərə təsir gücünü bundan əvvəlki müddətdə analiz edə bilmişdilər. Bu isə beynəlxalq nüfuzumuzun artmasına daha böyük töhvələr verir. Belə ki, biz təşkilatın bizə verdiyi hüquqi statusdan istifadə edərək həm həm ümumi həm də milli maraqlar üçün böyük işlər görə bilərik. Bununla müəyyən dairələrdə təsir imkanlarımız daha artır. Bu isə 2023-cü ilin sonuna qədər qarşıya qoyulan strateji hədəflərə çatmaq deməkdir.
Aytən İsmayılova,
Nizami Bələdiyyəsinin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir