Öz işini uğurla başa vurmuş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı dünya ölkələrinin politoloqları tərəfindən ətraflı təhlil edilir.
Çıxışlardan da göründüyü kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı neytral ölkələrin qlobal güc mərkəzinə çevrilir. Siyasi şərhçilər bu təsisatın COVID-19 pandemiyası ilə mübarizədə olduğu kimi, hazırda dünyanı təhdid edən humanitar fəlakət və qlobal ərzaq böhranının qarşısının alınmasında da mühüm rol oynaya biləcəyi qənaətindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı konfransındakı çıxışında BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməsi yeni qlobal çağırışlar fonunda praqmatik fikir kimi təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti haqlı olaraq çıxışında qeyd etdi ki, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik.
Azərbaycan Respublikası dünyada baş verən ikili standartların, ayrı seçkiliyin həmişə əleyhinə çıxmışdır. Buna subut olaraq COVİD-19 pandemiyası əleyhinə vaksinlərin ədalətsiz bölünəməsinə qarşı olmuşdur. Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzv olmasına baxmayaraq Qoşulmama Hərakatı təşkilatında təmsil olunan dövlətlər tərəfindən Azərbaycana yüksək ehtimadın olması, Azərbaycanın dünyada BMT-dən sonra ikinci böyük təşkilata sədirlik etməsi və bu sədirlik dövrünün növbəti dəfə uzadılması Azərbaycana olan güvənin bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq Bakı konfransındakı çıxışında BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməsi bu təsisatlara olan güvənin itməsi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edlməsi haqqında qətnamələrin icra olunmaması bu təşkilata olan etimadın itməsi kimi qiymətləndirilir.
Ölkə başçısı çıxışında haqlı olaraq qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.
Ölkə başçısı çıxışınd Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələrin Azərbaycana qarşı aparılan qarayaxma kompaniyasınada toxunaraq anti Azərbaycan mahiyyətli bəyanatın BMT Təhlükəsizlik Şurasında bloklanmasınada öz fikirini bildirmişdir.
İ.Əliyev öz çıxışında bildirmişdir Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.
Ölkə başçısı çıxışında təşkilata üzv olan ölkələr arasında bəzi problemlərin olmasına da toxunaraq bu problemlərin həlli yollarının tapılması istiqamətində Qoşulmama Hərakatının bir platforma olmasına da toxunmuşdur.
Azərbaycanın təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılması, yaxın zamanda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəyi və Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması Azərbaycana olan inam və etibarın bariz nümunəsidir.
Artıq Qöşulmama Hərakatı dünya siyasətində önəmli təsir gücünə çevrilmişdir. Azərbaycanın təşəbbüsü dünyada süni olaraq yaradıla ərzaq qıtlığının da qarşıın alınacağına, sülh və sabitliyin bərqərar olmas kimi aktual problemin həlli bütün dünyada, o cümlədən Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilər.
Rafiq Nəxəfov,
YAP Xətai rayon təşkiları Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi müəssisədən kənar ilk ərazi təşkilatının üzvü
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir