Martın 18 ində mədəniyyət mərkəzi olan Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Bildiyimiz kimi Azərbaycan 1992 – ci ildən BMT- ın üzvüdür. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2012-2013 – cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Məhz bu hadisə Azərbaycanın Beynəlxalq arenada böyük nüfuza malik olduğunun göstəricisidir.
Sülh və Davamlı İnkişaf bir-biri ilə sıx bağlıdır. Azərbaycan müharibədə zərər çəkmiş torpaqlarda yenidənqurma və bərpa işləri aparır. Mart ayında keçirilmiş toplantının 44 günlük müharibədə düşmən tapdağından azad edilmiş Şuşa şəhərində keçirilməsi böyük məna daşıyır.Şuşa hal-hazırda bölgənin bərpa quruculuq simvoluna çevrilib.
“Dayanıqlı Şəhər İnkişafı “ Azərbaycan ordusu torpaqlarımızı Ermənistan işğalından azad etdikdən sonra daha böyük əhəmiyyət kəsb edir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikləri müddət ərzində bizim evlərimizi, binalarımızı, məktəblərimizi dağıtmış, viran qoymuş, abidələrimizi qəsdən məhv etmişlər. Məhz dayanıqlı Şəhər İnkişafı prinsiplərinə əsaslanaraq bu torpaqlarda bərpa quruculuq işləri aparılır.
Ermənistanın 30 il ərzində torpaqlarımızla vəhşicəsinə davranmasına baxmayaraq Azərbaycan həmişə sülhün tərəfdarıdır. Azərbaycanın ən böyük istəyi regionda sülhün bərqərar olması, ölkələrin bir – birinin suverenliyini, ərazi bütövlüynü tanımasıdır.
44 günlük müharibə bitdikdən sonra Azərbaycanın qarşısında duran ən əsas çətinliklərdən biri işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsidir. Ermənistan bu torpaqlarda kütləvi minalanma prosesi həyata keçirmişdir. Məhz bu çətinlik işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərini gecikdirməklə yanaşı , Azərbaycan vətəndaşlarının müharibədən sonrakı dövrdə həlak olmasına səbəb olur.
Bütün bu çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin başçılğı ilə işğaldan azad olunmuş torpaqlarda müasir şəhər planlaşdırılması həyata keçirilir. Azərbaycanın müharibədən sopnra əsas məqsədi 30 il ərzində yurduna, elinə - obasına həsrət qalmış məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını təmin etməkdir.
Vətən müharibəsində işğaldan azad edilmiş Füzuli şəhərində qısa müddətdə ən müasir səviyyədə hava limanının tikilməsi azərbaycanın sürət və keyfiyyəti birləşdirməsi nəticəsində baş vermişdir.
Azərbaycan öz daxili maliyyə gücü hesabına yenidən bərpa olunacaq şəhərlərdə , kəndlərdə təhlükəsiz, insanların sülh,əmin- amanlıq içində yaşamasını təmin etmək istəyir.
Ermənistan işğalından azad olunmuş torpaqlarda bir çox mötəbər təşkilatlar, həmçinin BMT ilə birlikdə yenidənqurma işləri müzakirə olunub,lazım olan ehtiyaclar dəyərləndirilib.Məhz bu baş verənlərin hər biri Prezident İlham Əliyevin düzgün, inamlı, qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir.
Aynurə Hacıyeva,
22 nömrəli Birləşmiş Şəhər xəstəxanasının həkim-oftalmoloqu
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir