İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlətlərin VI Xəzər Sammiti keçirilmişdir. Görüşdə beş ölkənin - Rusiya, Azərbaycan, Iran, Qazaxıstan və Türkmənistanın liderləri iştirak edərək geniş müzakirələr aparmışdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zirvə toplantısında iştirak edərək geniş məzmunlu çıxış etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Zirvə Toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Keçirilən hər bir konfransın, Zirvə görüşlərinin münasibətlərin yaxınlaşmasında, ölkələrin malik olduqları imkanların təqdimatında və bu fonda yeni layihələrin gündəmə gətirilməsində stimulverici amildir. Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri sürən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi.
Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Bu günə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir. Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlıdır və dənizin dayazlaşma dinamikasından narahatlığını da bunun ifadəsidir.
Azərbaycan Qərblə Şərq arasında ən mühüm geostrateji əhəmiyyətə malik ölkədir. Xəzər dənizi vasitəsilə Avropanı Orta Asiya, Çinə birləşdirən ən mühüm beynəlxalq ticarət və logistik mərkəzlər ölkəmizdən keçir. Bu da Xəzər dənizi sahilində və regionda yerləşən dövlətlər içərisində ən böyük avantaja sahib ölkə kimi Azərbaycana böyük siyasi və iqtisadi üstünlüklər gətirir. Yürüdülən praqmatik siyasət nəticəsində Azərbaycan regionun ən nüfuzlu ölkəsinə çevrilərək ən böyük iqtisadi layihələrin əsas icraatçısına çevrilməklə dünyanın ən güclü dövlətlərini heyrətə gətirir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə görülən genişmiqyaslı layihələr və işlər beynəlxalq münasibətlərimizin daha da genişlənməsinə səbəb olmuşdur. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Türk dünyası ilə körpü rolunu oynayacaq. Region ölkələri Xəzər dənizi və Zəngəzur dəhlizi vasitəsilə birbaşa Avropa ölkələrinə çıxış əldə edərək çox böyük iqtisadi və ticari əməkdaşlığa imza atacaqlar. Məhz Xəzəryanı dövlətlərin liderlərinin Aşqabadda toplanması, Xəzər dənizinin hüquqi statusu, ekoloji vəziyyəti və digər məsələləri ilə bağlı fikirləri nəinki region üçün eyni zamanda bütün dünya üçün çox böyük töhfələr verəcəkdir.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir