Planetin ən böyük qapalı su hövzəsi sayılan Xəzər dənizi 5 ölkəni su yolu ilə həmsərhəd edir. Bu ölkələr öz sektorları üzrə uzun illərdir ki, Xəzərin təbii ehtiyatlarından istifadə edirlər. Lakin, “Xəzər beşliyi” arasında dənizin hüquqi statusu məsələsinə dair razılığa gəlmək prosesi çox çətin periodlardan keçmişdir.
İllərdir davam edən və öz həllini tapa bilməyən bu problem üçün Xəzəryanı ölkələrin prezidentləri 12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində bir araya gəldilər. Uzun və gərgin danışıqlardan sonra liderlər çox vacib sənədlər imzaladılar ki, bu sənədlərin də əhəmiyyətini saymaqla bitməz. Bu sənədlərə bir sıra dövlət başçıları tarixi qiymət verdilər, dünyanın tanınmış informasiya agentlikləri imzalanan səkkiz sənədə böyük maraq göstərib işıqlandırdılar.
Müqavilədə Xəzəryanı ölkələrin təbii ehtiyatları bölüşdürmək üçün yol xəritəsi müəyyən etməli olduğu, yad qüvvələrin Xəzərdə hərbi birləşmələr yaratmasına mane olmaq imkanı verdiyi öz əksini tapır. Bu problemlə bağlı yaranan gərginlik ölkələr arasında olan münasibətlərə mənfi təsirini göstərsə də, Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli, dəyişməz, eyni zamanda da təmkinli mövqeyi problemin hərbi münaqişəyə çevrilməsinin qarşısını aldı. Azərbaycan Respublikası regionun lider dövləti kimi Aktau Sammitində öz gücünü və nüfuzunu göstərdi.
Xülasə, Aktau sammiti və imzalanan səkkiz sənəd regionun təhlükəsizliyi və ölkələrin əməkdaşlığı baxımından çox mühüm tarixi və geosiyasi əhəmiyyətə malik olub, regional gərginliyin aradan qaldırılmasında müstəsna rol oynadı.
Mais Günəşli,
YAP-ın fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir