Artıq 30 ildir ki, Azərbaycan-BMT ilə sıx əməkdaşlıq edir. 1992-ci il martın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. Azərbaycan bu illər ərzində çox böyük nailiyyətlər qazanıb və BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib.Qeyd etmək lazımdır ki, Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqlar keçirilir. Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirmişdir.BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib.
Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb, dövlətimizin başçısı vaksinlərin ədalətsiz bölgüsü məsələsinə toxunub. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir.
Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin çağırışlarına hörmətlə yanaşmış və bu gündə ənənəsinə sadiq qalaraq yanaşır. 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-rəsmi üzvü seçilən Azərbaycan əməkdaşlığın dərinləşdirilməsi üzrə öz təkliflərini verərək BMT-nin ixtisaslaşmış qurumlarının işğaldan azad olunan ərazilərdə aparılan işlərdə iştirak edəcəklərini bildirib.
Bildiyimiz kimi cari ilin mart ayında Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi ilə əlaqədar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşu şəhərində BMT qurumlarının iştirakı iləmünaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirildi. Azərbaycan ilə BMT arasında əməkdaşlığın tarixinə toxunan Hikmət Hacıyev bildirib ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmamasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir.
Hazırda Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük hörmətlə yanaşır. Ölkəmiz, həmçinin çoxtərəfli yanaşmanı seçərək BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik sahəsində Azərbaycan praktiki addımlar ataraq prosesə öz töhfələrini verir və bu ənənə lazımi səviyyədə davam etdirilir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir